<b>Daha bir şəhid əsgərimiz Biləsuvarda dəfn olunub </b>
04 aprel 2016 19:40 (UTC +04:00)

Daha bir şəhid əsgərimiz Biləsuvarda dəfn olunub

0

 

Aprelin 3-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun əsgəri, 20 yaşlı Fərahim Nadir oğlu Novruzov bu gün doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn olunub.

 

APA-nın cənub bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar