Daha bir nəfər Kürdə boğulub
04 avqust 2014 10:06 (UTC +04:00)

Daha bir nəfər Kürdə boğulub

0

Daha bir nəfər Kür çayında boğularaq, ölüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Neftçala rayonu, Xıllı kəndində Kür çayında (ən yaxın xilasetmə məntəqəsindən 30 km aralı, nəzarət olunmayan ərazidə) 1969-cu il təvəllüdlü Samit Əhmədağa oğlu Əhmədov batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. S.Əhmədovun cəsədi batdığı yerdən 300 m aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 692

Oxşar yazılar