Daha bir heyvan oğurluğu
12 mart 2016 23:34 (UTC +04:00)

Daha bir heyvan oğurluğu

0

Göyçay rayonunda xırda buynuzlu heyvanlar oğurlanıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gündüz vaxtı rayonun Hacalıkənd kəndində qeydə alınıb.

 

Kənd sakinləri Yaşar Xəlilov və qohumu Ziyafəddin Xəlilova məxsus 5 baş qoyun yaxınlıqdakı pay torpağının ərazisindən naməlum şəxs tərəfindən oğurlanıb. Hazırda oğurluq edən şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar