Sumqayıtda kanalda batan oğlan əsgər imiş - YENİLƏNİB
10 iyun 2014 18:35 (UTC +04:00)

Sumqayıtda kanalda batan oğlan əsgər imiş - YENİLƏNİB

0
Sumqayıtda kanalda batan şəxsin əsgər olduğu müəyyənləşib.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində batan 1995-ci il təvəllüdlü Elvin Bəxtiyar oğlu Əbdürrəhmanov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri olub.

 

Mərhum Yevlax rayonundan həqiqi hərbi xidmətə çağırılıbmış. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

 

 

 

 

*****

17:14

 

20 yaşlı oğlan kanalda batıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Elvin Rəhman oğlu Əbdülrəhmanov Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Tağıyev qəsəbəsindən keçən hissəsinin nəzarət olunmayan ərazisində bataraq ölüb.

 

Hadisə yerinə dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. E.Əbdülrəhmanovun cəsədi batdığı yerdən, təxminən, 10 km məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1710

Oxşar yazılar