İsmayıllı rayonu, Ruşan kəndində (rayon mərkəzindən 18 km aralı) yerləşən evlərdən birində yanğın olub.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı, çardağı 3 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.