Çovdarovun işi qapalı keçirilir - Özü gətirilmədi
30 may 2019 12:04 (UTC +04:00)

Çovdarovun işi qapalı keçirilir - Özü gətirilmədi

0
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və digərləri kassasiya şikayəti üzrə məhkəmə keçirilib. 
 
 
Lent.az-ın məlumatına görə,  Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmədə iştirak etməyib. 
Proses qapalı keçirilib. Bu səbəbdən jutnalistlər zaldan çıxarılıb. 
 
Cinayət işinin həcmi böyük olduğundan hakimlər materiallarla tam tanış ola bilməyib. Bu səbəbdən proses təxirə salınıb. 
 
Məhkəmə prosesi iyunun 27-ə təyin edilib.
 
Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. A.Əliyev cəza müddət başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar