Çinin Sintszyan – Uyğur Vilayətində 59 terrorçu öldürülüb
Çinin Sintszyan – Uyğur Muxtar Vilayətinin Şaçe rayonunda polis terrorçuların hücumunu dəf edərkən 59 silahlını öldürüb.
Lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində 37 mülki şəxs ölüb, daha 13 nəfər isə yaralanıb. Terrorçuların üzərindən çoxlu sayda bıçaq və balta, həmçinin “müqəddəs savaşa” çağıran plakatlar götürülüb.
Qeyd edək ki, terror aktı iyulun 29-da törədilib, lakin qurbanların dəqiq sayı bu gün məlum olub. Xatırladaq ki, həmin gün balta və bıçaqla silahlanmış bir qrup şəxs Elisku şəhərində polis şöbəsinə və bir neçə inzibati binaya hücum edib.
Terrorçular həmçinin qarşısına çıxan avtomobillərə ciddi zərər yetirib və yoldan keçən insanlara hücum ediblər.
999