Türkiyədə Rusiya vətəndaşı olan azərbaycanlı həbs edilib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Alaqadi bölgəsində “MJ 278” markalı avtomobil ilə çimərliyə gələn Müşfiq Məmmədov adlı şəxs havaya bir neçə dəfə atəş açaraq uzaqlaşıb. Bir qədər sonra o, avtomobili ilə birgə saxlanılıb və polis bölməsinə gətirilib. Məhkəmə M.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçib.
M.Məmmədov ilkin ifadəsində deyib ki, silahı zeytun ağacının altından tapıb. Araşdırmalar davam etdirilir.