Cibgir Polis İdarəsində şeir söylədi: <span style="color:red;">"Gözəl Cəmilə..."
06 iyun 2014 19:41 (UTC +04:00)

Cibgir Polis İdarəsində şeir söylədi: "Gözəl Cəmilə..."

Tutulan cibgir Polis İdarəsində şeir söylədi: "Gözəl Cəmilə..."

Yasamal rayon Polis İdarəsinin əməkdaşları vətəndaşların çoxsaylı şikayəti əsasında 1980-ci il təvəllüdlü Rasim Misirovu saxlayıblar. APA TV-nin xəbərinə görə, məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. İstintaqla müəyyən edilib ki, Misirov cibgirliklə məşgul olurmuş. Dediyinə görə, cəmi 5 oğurluq epizodu olub. Lakin sadaladığı zaman bir az çox çıxıb: "Bir avtobusdan 200 manat, o birisindən 50 manat, birindən 2 dəfə telefon, 2 dəfə planşet aparmışam. Neçə oldu?"

 

Sumqayıt şəhər sakini Rasim Misirov ofis və mağazalardan da oğurluq edib. Əldə olunan pullar əyləncəyə xərclənib. Yeyib-içməyi və dəniz kənarında gəzməyi xoşlayan Rasım poeziyaya meyilli olduğunu gizlətmədi.

İstintaq şöbəsində hələlik 9 oğurluq epizodu ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971

Oxşar yazılar