Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cari il sentyabrın 19-dan cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə başlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, hər iki qurumun əməkdaşlarından ibarət işci qrupu yaradılıb və bu günədək ümumilikdə 1350 məhkuma şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub. Tədbirlərin davamı olaraq bu gün Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisində 45 məhkuma da şəxsiyyət vəsiqəsi verilib.