Cəlilabadda yol qəzası: 2 nəfər xəsarət alıb
11 iyun 2014 22:45 (UTC +04:00)

Cəlilabadda yol qəzası: 2 nəfər xəsarət alıb

0
Cəlilabadda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 132-ci kilometrliyində, yolun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Şirvan şəhər sakini Zabil Əliyevin idarə etdiyi "Daewoo" markalı minik avtomobili Lənkəran rayon sakini Tofiq Babayevin idarə etdiyi “VAZ-2107” markalı, 42 BO 505 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb.

 

Güclü zərbədən “VAZ-2107”-nin sürücüsü və onun yanındakı sərnişin  müxtəlif dərəcəli bədən xəsarətləiri ilə xəstəxanaya yerləşdirilib. Hər iki avtomobilə ciddi ziyan dəyib.

 

Faktla bağlı  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar