Cəlilabadda qəza olub, yaralanan var
02 avqust 2014 01:56 (UTC +04:00)

Cəlilabadda qəza olub, yaralanan var

0

Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lent.az-ın APA-ya verdiyi xəbərə görə, hadisə avqustun 1-də günün ikinci yarısında Ələt-Astara magistralının 123-cü kilometrliyində qeydə alınıb. Saatlı rayon sakini Gərayın Qasımovun idarə etdiyi “VAZ-2106”  markalı, 12 BC 335 dövlət nömrə nişanlı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn  Xaliq  Nürüyevin  idarə etdiyi Cəlilabad qaz istismar sahəsinə məxsus “Ford”  markalı, 90 JS 203 dövlət nömrə nişanlı yük maşınına çırpılıb. Güclü zərbə nəticəsində “VAZ-2106” markalı avtomobil  tamamilə  yararsız hala düşməklə bərabər, onun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə  Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada zərərçəkmişə lazımi tibbi yardım göstərilib, bununla belə vəziyyəti orta-ağır olduğu qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 975

Oxşar yazılar