Cəlilabadda rayon ərazisində yol qəzası olub.
APA-nın cənub bürosunun məlumatına görə, nəticədə ata və qızı xəsarət alıb.
Qəza zamanı xəsarət alan Biləsuvar rayon sakinləri - 2009-cu il təvəllüdlü Zəhra Şahin qızı Nuriyeva və 1974-cü il təvəllüdlü Şahin Ağabala oğlu Nuriyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırma aparılır.