Cəlilabadda piyada vurulub
11 avqust 2013 00:52 (UTC +04:00)

Cəlilabadda piyada vurulub

Azərbaycanın Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə avqustun 10-da Ələt-Astara magistralının 137-ci kilometrliyinin  Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Biləsuvar rayonunun Xırmandallı kənd sakini, 1982-ci il təvəllüdlü Cavid Seyran oğlu Mirzəyev idarə etdiyi "Mersedes" markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Cəlilabad rayonunun Pərdi kənd sakini Ağasəməd  Əlisəməd oğlu  Nərimanovu vurub.Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan verilən  məlumata görə, A.Nərimanov lazımı tibbi mudaxilələr edilməklə həkimlərin nəzarətində saxlanılır və hazırda onun vəziyyəti orta-agır qiymətləndirilir.

 

Faktla bağlı  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398
avatar

Oxşar yazılar