Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan geyim mağazasının yanar konsturuksiyaları və tavanı 35 kv.m sahədə yanıb.
Yanğından mağazanın qalan hissəsi mühafizə olunub. Yanğın saat 01:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.