APA-nın cənub bürosunun məlumatına görə, rayonun Bəciravan kənd sakini, 1996-cı il təvəllüdlü Şəhla Məhəmməd qızı Cəfərova iyunun 6-da yaşadığı evdən Cəlilabad rayonunda yaşayan bibisigilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Qızın boyunun 150 santimetr, dolubədənli, ağbəniz, saçı gödək, şabalıdı rəngdə olduğu bildirilir. Evdən çıxarkən onun əynində qırmızı kofta, qırmızı şalvar, ayağında isə qırmızı idman ayaqqabısı olub.
Şəhla Cəfərovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə və yaxud aşağıdakı mobil telefon nömrələrinə zəng etmələri xahiş olunur: (055) 248 17 33; (051) 885 95 74; (050) 369 87 44.