Cəbhədə şəhid olan gizirlər torpağa tapşırılıb
02 avqust 2014 21:49 (UTC +04:00)

Cəbhədə şəhid olan gizirlər torpağa tapşırılıb

Ötən gecə cəbhənin Ağdam-Ağdərə istiqamətində düşmənin hücumunu dəf edərkən şəhid olmuş gizirlər, 34 yaşlı Pərvin Səlahəddin oğlu Əliyev və onun həmkəndlisi, 27 yaşlı Rahil Əfsər oğlu Hüseynov bu gün doğulduqları Biləsuvar rayonunun Nərimankənd kəndində torpağa tapşırılıblar.
 
Lent.az-ın APA- ya istinadən verdiyi xəbərə görə, dəfn mərasimində kənd sakinləri ilə yanaşı, rayon icra hakimiyyəti strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin qohumları, eləcə də onların xidmət etdiyi hərbi hissənin əsgər və zabitələri iştirak ediblər. Üçrəngli Azərbaycan bayrağına bürünmüş hər iki şəhidin nəşi evlərinə, oradan isə kənd qəbiristalığına aparılıb, burada ruhlarına dualar oxunub, düşmənin həmləsini dəf edərkən göstərdikləri şücaətdən söz açılıb. Yaylım atəşindən sonra şəhid gizirlər torpağa tapşırılıb.
 
Qeyd edək ki, Pərvin Əliyev ailəli olub iki övad atası, Rahil Hüseyinov isə nişanlı idi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4192
avatar

Oxşar yazılar