APA-nın verdiyi xəbərə görə, dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon hüquq mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyəti iştirak edib.
**** 20.26
Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi bu gün doğulduğu Masallı rayonuna gətirilib. Cəbhə xəttində şəhid olan Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Coşqunov Mustafa Əhməd oğlu bu gün axşam saatlarında yaşadığı Yeni Həyat qəsəbəsində torpağa tapşırılıb.