Cəbhədə güclü yanğın başlayıb
27 iyul 2014 14:28 (UTC +04:00)

Cəbhədə güclü yanğın başlayıb

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yanğın başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, yanğın bu gün saat 13 radələrində işğal altındakı Ağdərə rayonunun İncə çay ərazisindəki neytral zonada naməlum səbəbdən meydana gəlib.

 

Yanğının yaxınlıqdakı Goranboyun Yeni Hacıkənd Meşəbəyiliyinin 9 saylı dolayına keçməsinin qarşısının alınması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

# 918
avatar

Oxşar yazılar