Ermənilər Ağdam və Füzuli istiqamətində aktivləşib
20 noyabr 2014 10:35 (UTC +04:00)

Ermənilər Ağdam və Füzuli istiqamətində aktivləşib

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Qaraqaşlı, Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar