Cəbhə xəttində monitorinq keçiriləcək - YENİLƏNİB
07 iyul 2014 11:17 (UTC +04:00)

Cəbhə xəttində monitorinq keçiriləcək - YENİLƏNİB

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 8-də Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
 

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497
avatar

Oxşar yazılar