[b]Cəbhə bölgəsində hərbi-tibbi təlim toplantısı [/b]
20 aprel 2016 14:58 (UTC +04:00)

[b]Cəbhə bölgəsində hərbi-tibbi təlim toplantısı [/b]

"N" saylı hərbi hissənin tərkibində fəaliyyət göstərən mobil səhra hospitalında Silahlı Qüvvələrin tibb zabitlərinin və Səhiyyə Nazirliyi nümayəndələrinin hərbi-tibbi təlim toplantısı keçirilib.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra dövlət himni səsləndirilib.

 

Toplantıda Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz daha da möhkəmlənib və regionun ən güclü ordusuna çevrilib. Bu uğurlar hərbi səhiyyəmizi də geniş əhatə edib. Müasir tələblərə cavab verən, yeni avadanlıqla təchiz olunan hospitallar, poliklinikalar, tibb məntəqələri tikilərək istifadəyə verilib.

Müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları, diaqnostik stomatoloji, laborator kabinələr, yaralıların təxliyəsi üçün müasir reanimobillər və ambulanslar alınıb.

 

"Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bu işlər daha uğurla davam etdirilir. Maddi-texniki baza təkmilləşdirilir, tibbi-hərbi hissə və müəssisələr müasir tibbi avadanlıqla təmin edilir. Beynəlxalq əlaqələrimiz də genişləndirilir. Həkimlərimiz Türkiyədə, Almaniyada, ABŞ-da və digər ölkələrdə müxtəlif tədbirlərdə iştirak edirlər", - deyə N.Əliyev əlavə edib.

 

Bildirilib ki, Silahlı Qüvvələrimizin Tibb Baş İdarəsinin Respublika Səhiyyə Nazirliyinin nəzdində olan səhiyyə müəssisələri ilə sıx əməkdaşlığı nəticəsində son günlər ölkəmizə qarşı düşmənin törətdiyi təxribat nəticəsində yaralanan hərbi qulluqçularımıza yüksək tibbi xidmətin göstərilməsində nazirliyin mütəxəssislərinin xidmətləri də əvəzsizdir. Göstərilən yardıma görə Səhiyyə Nazirliyinin rəhbərliyinə, eləcə də bütün həkim kollektivlərinə minnətdarlıq ifadə edilib.

 

Sonra tibb xidməti polkovniki Famil Babayev, tibb xidməti polkovnik-leytenantı Vüsal Rəcəbli, tibb xidməti kapitanı Xalidə Abbasova müasir tibb elminin nailiyyətləri, inkişaf etmiş ölkələrin təcrübələrindən bəhrələnərək onların tətbiqi, hərbi qulluqçuların sağlamlığının qorunmasının vacibliyi və digər mövzularda məruzələrlə çıxış ediblər.

 

Toplantıda Gəncə, Mingəçevir, Naftalan, şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Yevlax rayonlarının və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.

Sonda toplantı iştirakçıları mobil səhra hospitalında yaradılan müasir tibbi şəraitlə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10