Tovuz rayon sakini yanıq xəsarəti alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abdalı kənd sakini 1986-cı il təvəllüdlü Gülnarə Rzayeva yaşadığı evdə elektrik çaydanını söndürən zaman cərəyan onu vurub və qaynar su üzərinə tökülüb.
Döş qəfəsi, boyun və sifətin termiki yanıq xəsarəti alan G. Rzayeva Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib.