Dənizkənarı Milli Park ərazisində 2 nəfər özünü dənizə atıb.
Lent.az xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda 2 nəfərin dənizə düşməsi barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxslərdən birini xilas edib, digərinin isə meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.