Bu rayonun qaz təchizatında məhdudiyyət olacaq
29 may 2018 20:21 (UTC +04:00)

Bu rayonun qaz təchizatında məhdudiyyət olacaq

0

Abşeron rayonunun  təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin  və diametri 200 mm-lik siyirtmənin təmiri eləcə də  aşkar olunmuş qaz sızmalarının ləğvi  ilə əlaqədar, 30 may 2018-ci il tarixdə  saat  09.00-dan  təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində  təbii qazın verilişində fasilə yaranacaq.         

 

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar