Bu il Azərbaycan və sərhəd ölkələrdə 1689 zəlzələ olub
05 may 2015 15:08 (UTC +04:00)

Bu il Azərbaycan və sərhəd ölkələrdə 1689 zəlzələ olub

 

Bu il yanvarın 1-dən aprelin 30-na qədər Azərbaycan və sərhəd ölkələrdə 1689 zəlzələ qeydə alınıb. Bu barədə Lent.az-a AMEA nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

 

 

Onun sözlərinə görə, adətən ilin birinci rübündə zəlzələ faktları daha çox qeydə alınır. Bu il aprelin 26-dan may ayının 3-nə kimi Azərbaycanda 158 hiss olunmayan yeraltı təkan olub.

 

Hazırda ölkə ərazisində 45 seysmik stansiya fəaliyyət göstərir. Q. Yetirmişli deyib ki, quruda yeni stansiyaların, həmçinin Xəzər dənizində sualtı seysmik stansiyaların quraşdırılması maliyyə çatışmazlığı səbəbindən gecikir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Fərizə Əhmədova

Oxşar yazılar