Bu il Azərbaycan Rusiya və İrana məxsus 4 gəmini saxlayıb - YENİLƏNİB
27 iyun 2014 17:14 (UTC +04:00)

Bu il Azərbaycan Rusiya və İrana məxsus 4 gəmini saxlayıb - YENİLƏNİB

0

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin gəmiləri, katerləri və sahil nəzarəti məntəqələri tərəfindən cari ilin ilk 6 ayında Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində 67 gəmi və 220 qayığa baxış keçirilib.

 Bu barədə Lent.az-a DSX-dan məlumat verilib. Rejim qaydalarını pozduğuna görə Azərbaycana məxsus 20, Rusiyaya məxsus 2, İrana məxsus 2 gəmi, Azərbaycana məxsus 182 qayıq, 307 nəfər heyət üzvü saxlanılıb.

 

Hesabat dövründə 57 sahibsiz qayıq, 1 477 625 metr müxtəlif çeşidli balıq ovlama toru, 292 744 ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 756

Oxşar yazılar