Bu gecə ermənilər 66 dəfə atəşkəsi pozublar - YENİLƏNİB
26 iyun 2014 11:49 (UTC +04:00)

Bu gecə ermənilər 66 dəfə atəşkəsi pozublar - YENİLƏNİB

0

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulub. Bu barədə Lent.az-a Müdafiə Nazirliyi bildirilib. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Şuraabad, Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar