Hacıbala Abutalıbov: "Binalardakı üzlüklərin söküntüsü həmin üzlükləri vuran şirkətin hesabına aparılır"
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacılbala Abutalıbovun Binəqədi rayonunda mayın 19-da yanan binanın sakinləri ilə görüşü başa çatıb.
APA-nın məlumatına görə, sakinlər görüşdən sonra H. Abutalıbovla birlikdə müvafiq sənədləri almaq üçün "ASAN Xidmət"ə gediblər. Sakinlər sənədlərini aldıqdan sonra onlar üçün ayrılmış kompensasiyanı bankdan çıxara biləcəklər.
H. Abutalıbov jurnalistlərə açıqlamasında deyib ki, binalardakı üzlüklər onu binalara vuran şirkət tərəfindən sökülür.
Onun sözlərinə görə, söküntü işləri də BŞİH-nin deyil, həmin şirkətin hesabına aparılır.