Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxslə görüşüblər.
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, başçəkmə dünən baş tutub. Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb, eyni qaydada ailə məlumatları alınıb.
Qeyd edək ki, ötən il avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
Bundan başqa, Azərbaycanda Ermənistan vətəndaşı olan 5 mülki şəxs saxlanılır. Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir