Böyük İpək Yolunda hərbi sursat tapıldı
23 oktyabr 2013 22:03 (UTC +04:00)

Böyük İpək Yolunda hərbi sursat tapıldı

Çəkilməkdə olan Böyük İpək yolunun keçdiyi ərazidə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları tərəfindən aparılmış əməliyyat zamanı 9 partlamamış hərbi sursat tapılıb.

 

ANAMA-nın baş mütəxəssisi Adil Aslanov deyib: “Milli azadlıq hərəkatı başlayandan sonra, burda, hərbi hissələrdə silah - sursatların, texnikaların qorunması üçün rus hərbi birləşmələri, bu hərbi hissələrin ətrafında, ümumiyyətlə Azərbaycanda yerləşən hərbi hissələrin ətraflarını minalamışdılar ki, yerli əhali basqın edib texnika və silahı ələ keçirməsin”.

 

Böyük İpək yolunun bu ərazidən keçməsinə qərar veriləndən sonra  burda gizlədilmiş hərbi sursatların təmizlənməsinə başlanılıb.

 

APA TV-nin xəbərinə görə, Ələt-Astara şose yolunun Lənkəran rayonundan keçən hissəsində 450 metr uzunluqda, 60 metr enində ərazinin minalardan təmizlənməsini işi Nəqliyyat Nazirliyinin sifarişi ilə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə tapşırılıb. Bu il sentyabrın 16-dan etibarən agentliyin mütəxəssisləri ərazidə axtarışlara başlayıblar. Bir ay yarımlıq axtarışlar nəticəsində minaaxtaranlar buradan 9 ədəd mərmi aşkarlayıblar.

 

Oktyabrın 23-də isə tapılmış mərmilər ANAMA-nın  20 nəfərlik heyət və xususi texnikasının müdaxiləsi ilə partladılaraq zərərsizləşdirilib.

 

Nəqliyyat Nazirliyinin sifarişi ilə Lənkəran rayonu ərazisində həyata keçirilən minatəmizlənmə işləri ANAMA tərəfindən oktyabrın 25-də tam başa çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833
avatar

Oxşar yazılar