96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanov Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmək istəyir. Lent.az xəbər verir ki, bu barədə Contact.az məlumat yayıb. Xəbərdə bildirilir ki, Naftalan Şəhər İcra Hakimiyyəti Mahir Aslanova müalicə-sağlamlıq mərkəzi (MSM) tikmək üçün artıq icazə verib.
Bildirilir ki, Milli Məclisin deputatı Mahir Aslanov Naftalan (Şirvan prospekti, 4C) ərazisində 0.83 hektar torpaq sahəsinə malikdir və orada iki korpusdan ibarət 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzi tikəcək.
Məlumata görə, müalicə-sağlamlıq mərkəzinin layihəsini “Arxdizayn MS” hazırlayıb.
Qeyd edək ki, Mahir Aslanov tanınmış biznesmen kimi tanınır və Bakıda çoxsaylı daşınmaz mülkiyyətlərə sahibdir.