Bir neçə dövlət şirkəti və idarəsi məhkəməyə verilib
14 iyun 2014 11:05 (UTC +04:00)

Bir neçə dövlət şirkəti və idarəsi məhkəməyə verilib

0

Azərbaycanda bir neçə dövlət şirkəti və idarəsi məhkəməyə verilib. Lent.az-ın məlumatına görə, bu barədə Bakı Apelyasiya Məhkəməsinin saytında xəbər yerləşdirilib. Həmin qurumlardan biri də   “Bakıelektrikşəbəkə” ASC-dir. Zeynalova Ofelya adlı vətəndaş həmin ASC-ni aktın etibarsız hesab edilməsi və s. tələbi ilə məhkəməyə verib. Yasəf Hüseynov adlı vətəndaş isə Dövlət Sığorta Şirkətindən sığorta ödənişinin verilməsini tələb edir.

 

Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi isə dəymiş zərərin ödənilməsi tələbi ilə məhkəməyə verilib.

 

 Lətif Ələsgərov adlı vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən bağ sahəsinə dair sənədlərin surətlərinin arxivdən verilməsini, Tofiq Həsənov adlı vətəndaş isə Bakı şəhər Vergilər Departamentindən vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarın etibarsız hesab edilməsini tələb edir.

 

Hər iki idarə məhkəməyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 857

Oxşar yazılar