Bir həftədə 321 sürücü pərdə və plyonkaya görə cərimələnib
21 noyabr 2014 14:11 (UTC +04:00)

Bir həftədə 321 sürücü pərdə və plyonkaya görə cərimələnib

0
"Son 7 gündə ölkə ərazisində 321 sürücü pərdə və plyonkadan istifadə etdiyinə görə cərimələnib".

 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran ƏliyevAPA-nın sorğusuna cavabında bildirib ki, pərdə və plyonkaların istifadəsi qanunla nəzərdə tutulan icazə müddətinin bitdiyi vaxtdan, yəni noyabrın 16-dan bu günə qədər respublika ərazisində 321 sürücü pərdə və plyonkalardan istifadə etdiyinə görə cəzalanıb. Baş verən qanun pozuntularının 159-u paytaxt Bakının payında düşür.

 

K. Əliyev sürücülərə müraciətində bildirib ki, noyabrın 16-dan pərdə və plyonkaların icazə verilən istifadə  müddəti bitdiyinə görə, sürücülərin bunu nəzərə almaları və bu kimi qanun pozuntusuna yol verməməyi məsləhət görür: ”Bu kimi qanun pozuntusu edən şəxslər  İnzibati Xətalar Məcəlləsinin 155.2.4 maddəsinin tələbinə əsasən məsuliyyətə cəlb ediləcək və  yüz əlli manat miqdarında cərimə olunacaqlar“.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 469

Oxşar yazılar