Bir gecədə iki ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Saatlının Soltanabad kəndində vətəndaşa məxsus 3 otaqlı tikintisi başa çatmamış ev yanıb.
Bundan əlavə Gəncənin Nizami rayonunda vətəndaşa məxsus 3 otaqlı kürsülü evin mətbəxi yanıb.
Hər iki evdə yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.