Bir gündə 15 ton çətənə kolu məhv edildi
22 iyun 2016 13:36 (UTC +04:00)

Bir gündə 15 ton çətənə kolu məhv edildi

0

Azərbaycanın rayonlarında bir gündə 15 ton çətənə kolu məhv edilib.

 

Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumatına görə, Yardımlı RPŞ əməkdaşları tərəfindən Arvana kəndi ərazisindən ümumi çəkisi 12 ton 200 kiloqram olan 17142 ədəd, Yevlax RPŞ əməkdaşları tərəfindən Qaramanlı kəndi ərazisindən, ümumi çəkisi 2 ton 630 kiloqram olan 39548 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.  

 

 

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Layısqı kəndində, kənd sakini Zahir Rəsulov tərəfindən kultivasiya yolu ilə yetişdirilib, ümumi çəkisi 316 kiloqram 1432 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar