Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsində yerləşən parkda Zərdab rayon sakini 1964-cü il təvəllüdlü Namiq Ağayevin meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, N.Ağayevi qətlə yetirən Zərdab rayon sakini 1967-ci il təvəllüdlü Səhriyar Əhədov tutulub.