Binəqədi İH-in şöbə müdiri yanğınla bağlı istintaqa cəlb edilib
21 may 2015 17:20 (UTC +04:00)

Binəqədi İH-in şöbə müdiri yanğınla bağlı istintaqa cəlb edilib

0

 

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov istintaqa cəlb edilib. Lent.az-ın “Report”a istinadən xəbərinə görə, Ə.Rəcəbov rayon ərazisində Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın hadisəsi ilə bağlı dindirilib.

 

Binəqədi Rayon İcra Hakimiyyətindən “Report”a fakt təsdiqlənib.

 

“Lakin Ədalət Rəcəbovun həbs edilməsi ilə bağlı məlumatlar düzgün deyil”, - RİH-dən bildirilib.

 

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

 

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar