Bıçaqla özünə xəsarət yetirdi
Lənkəranda gənc bıçaqla özünə xəsarət yetirib.
ONA-nın Cənub bürosunun məlumatına görə, rayonun Viyən kənd sakini, 1994-cü il təvəllüdlü Fədail Baxşı oğlu Hüseynov özünü bıçaqla 2 dəfə yaralayıb. O, dərhal təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.
511