"Qara polkovnik"in oğlu həbs olundu
15 may 2015 12:02 (UTC +04:00)

"Qara polkovnik"in oğlu həbs olundu

 

Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri Adil Hüseynov Bakıda saxlanılıb.

 

 

Lent.az-ın “virtualaz.org” saytına istinadən məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib. A. Hüseynovun saxlanılması barədə informasiya az öncə “Azadlıq” tərəfindən də yayılmışdı.

Məlumatda deyilir ki, Dubayda yaşayan Adil Hüseynovu Bakıya çağırıblar, burada isə o, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.

Adil Hüseynovun saxlanılması azərbaycanlı kredit oliqarxlarının bir neçə gün öncə başlayan həbs dalğası ilə əlaqələndirilir. A.Hüseynovun mənzilində və iş otağında axtarışlar aparılıb.

Yada salaq ki, A.Hüseynov xalq arasında “qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətulla Hüseynovun oğludur. Polkovnik Fətulla Hüseynov digər polkovnik Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26