Beyləqanda ev yandı, xəsarət alan var
05 yanvar 2016 11:24 (UTC +04:00)

Beyləqanda ev yandı, xəsarət alan var

 

Beyləqanda ev yanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  Birinci Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar