Bərdədə saxta arayışlarla bankdan pul götürən şəxs həbs olunub
07 noyabr 2013 11:20 (UTC +04:00)

Bərdədə saxta arayışlarla bankdan pul götürən şəxs həbs olunub

Bərdədə saxta sənədlərlə bankdan pul götürüb, sonra ödəməkdən imtina edən şəxs rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. “Zaminbank”-ın Bərdə filialından APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, Tərtər rayonu Evoğlu kənd sakini, 1970-ci ildə anadan olmuş Əliyev Hakim Rəşid oğlu, qardaşı Əliyev Teyyub Rəşid oğluna məxsus, fəaliyyəti olmayan “Şəhriyar” MMC-dən qohumlarının adına alınan saxta arayışlarla sözügedən filialdan 13 min manatdan çox pul götürüb və sonra ödəməkdən boyun qaçırıb. Bank tərəfindən yerli hüquq-mühafizə orqanlarına edilən müraciət əsasında Bərdə rayon Polis Şöbəsində açılan cinayət işi yekunlaşdıqdan sonra baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib. Məhkəmə borc alanın öz öhdəliyini yerinə yetirməsi haqda qərardad çıxarıb. Buna baxmayaraq, Hakim Əliyev məhkəmə tərəfindən qəbul olunan qərarın  icrasından yayınıb. Tərtər rayon Məhkəməsinin çıxardığı başqa bir qərara əsasən, Hakim Əliyev həbs olunub.

 

Tərtər RPŞ-dən APA-nın Qarabağ bürosuna bildirilib ki, Hakim Əliyev hazırda Tərtər RPŞ-nin müvəqqəti saxlama təcridxanasında saxlanılır.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, saxlanılan şəxsin yaxın qohumları və ailə üzvləri istintaqa cəlb olunublar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726
avatar

Oxşar yazılar