Bərdədə mənzildə partlayış baş verib.
Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 28-də saat 01 radələrində Bərdə rayonunun Muğanlı kəndində yaşayan Həqiqət Hüseynovanın evində təbii qazın sızmasından ani partlayış baş verib. Yanıq xəsarəti almış H.Hüseynova xəstəxanaya yerləşdirilib.