Bələdiyyə üzvünü şantaj edən QHT-çi tutuldu
24 iyun 2014 13:50 (UTC +04:00)

Bələdiyyə üzvünü şantaj edən QHT-çi tutuldu

0

Salyanda vəzifəli şəxslərdən şantaj və hədələməklə pul toplayan Demokratiyaya Yardım İctimai Birliyinin üzvü Tofiq Qasımov tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 9-da Salyan rayon bələdiyyəsinin sədri Əşrəf Xanməmmədov polisə ərizə ilə müraciət edərək bu il martın 18-də özünü Demokratiyaya Yardım İctimai Birliyinin üzvü kimi təqdim etmiş Sabirabad rayon sakini Tofiq Qasımovun ondan pul istəməsini, verməyəcəyi təqdirdə onu internetdə və kütləvi informasiya vasitələrində tənqid edəcəyi ilə hədələməsini bildirib.

 

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Qasımov tutulub.

 

T.Qasımovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun təhriki ilə bu il fevralın 14-də Aşağı Muğan Meliorativ Sistemləri İstismar İdarəsinin baş mühəndisi Zalış Bünaytovu hədələyərək 100 manat, Salyan Suvarma Sistemləri İdarəsinin baş mühəndisi İlham Əsgərovu hədələyərək 200 manat, aprelin 2-də Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyinin rəisi Nazir Bəşirovu hədələyərək 50 manat tələb etməsi aşkarlanıb.  

 

Habelə, E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2013-cü ilin dekabr ayı ərzində Salyan rayon Telekommunikasiya Qovşaqının rəisi Faiq Nəcəfovu hədələyərək 200 manat və Salyan rayonu üzrə Maliyə İdarəsinin rəisi Mahir Kərimovu hədələyərək 200 manat tələb etməsi də müəyyən edilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov da tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1147

Oxşar yazılar