APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası oktyabrın 21-də bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-də keçirilməsi barədə qərar qəbul edib.
Qərara əsasən 1607 bələdiyyəyə 15035 nəfər bələdiyyə üzvü seçilməlidir. Seçki Məcəlləsinin tələblərinə əsasən MSK oktyabrın 22-dən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə start verilməsi, 22 noyabr saat 18:00-da bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddətinin başa çatması barədə qərar qəbul edib.
MSK sədri Məzahir Pənahov noyabrın 21-də son məlumatları açıqlayaraq 34 140 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürüldüyünü, namizədliyini irəli sürənlərin 25 387 nəfərinin (66 faiz) kişi, 8753 nəfərinin (34 faiz) qadın olduğunu, 29 minə yaxın bələdiyyə üzvlüyünə namizədin qeydə alındığını açıqlayıb. O, bu il keçiriləcək bələdiyyə seçkilərində 1 yerə təxminən 2 namizədin iddialı olduğunu bildirib.