Bələdiyyə seçkilərində iştirak üçün bu qədər müraciət edildi
28 oktyabr 2019 16:27 (UTC +04:00)

Bələdiyyə seçkilərində iştirak üçün bu qədər müraciət edildi

0
 
 
“Bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 4765 nəfər müraciət edib”.          
 
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
 
O qeyd edib ki, müraciət edənlərin 65 faizi kişilər, 35 faizi isə qadınlardır.
 
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
 
Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1017

Oxşar yazılar