Bəhməz çəkən qadın yanıq xəsarəti alıb
02 iyun 2019 21:04 (UTC +04:00)

Bəhməz çəkən qadın yanıq xəsarəti alıb

0
Şəmkir sakini bəhməz çəkən zaman yanıq xəsarəti alıb. 
 
ONA-nın yerli bürosunun məlumatına görə, rayonun Seyfəli kənd sakini 1957-ci il təvəllüdlü Əliyeva Anaxanım Ağamməd qızı həyətində bəhməz çəkən zaman qaynar qazan onun üzərinə aşıb. Yanıq xəsarəti alan qadın xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 771

Oxşar yazılar