Bakıda bankomatlardan pul oğurlayan şəxs tutuldu
19 iyun 2014 11:09 (UTC +04:00)

Bakıda bankomatlardan pul oğurlayan şəxs tutuldu

Bakıda dələduzluq və oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Naxçıvan şəhər sakini, 33 yaşlı Samir Xəlilov tutulub.

 

S.Xəlilovun ötən il sentyabrın 12-də İmanxan Ağayevə kömək etmək adı ilə M.Abbasov küçəsində yerləşən bankomatdakı hesabından 430 manat pulu çıxarıb qaytarmayaraq dələduzluq etdiyi müəyyən olunub.

 

S.Xəlilov eyni zamanda bu ilin yanvarın 16-da Ş.Mirzəyev küçəsindəki bankomatdan Nəriman Quliyevin hesabından 1000 manat oğurlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118
avatar

Oxşar yazılar