APA-nın xəbərinə görə, Taleh Allahverdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
**
11:00
Ağdaş rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Bildirilir ki, T.Allahverdiyev ailəli, 2 uşaq atası olub. Onun banka xeyli kredit borcu varmış.