Buzovna qəsəbə sakini Mürsəl Kazımova məxsus Beynəlxalq banka aid təqaüd kartı oğurlayan şəxs həbs olunub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Samir Paşayevdir. O, şəhər sakini M.Kazımova məxsus bank kartından Səbail rayonu ərazisində hesabından 194 manat çıxarıb. Cinayətkarı Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlayaraq, istintaqa cəlb ediblər.